Rusiya Ukraynaya qarşı növbəti irimiqyaslı hava hücumu həyata keçirib

12:44, 30.08.2025

Rusiya Ukraynaya qarşı növbəti irimiqyaslı hava hücumu həyata keçirib.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, avqustun 30, gecə saatlarında, Rusiya Ukrayna istiqamətinə 537 dron, həmçinin 8 ballistik və 37 qanadlı raket buraxıb.

Ukraynanın müdafiə qüvvələri 510 dronu, 6 ballistik və 32 qanadlı raketi vurub. Onların məlumatına əsasən, 5 raket və 24 dron yeddi yerdə hədəflərinə çatıb. 21 ərazidə dronlar və raket qalıqlarının düşməsi faktı qeydə alınıb.

Rusiyanın irimiqyaslı hücumu nəticəsində Zaporojye vilayətində bir nəfər həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var. Rusiya hədəfi həmçinin Dnepropetrovsk, Jitomir, İvano-Frankovsk, Rovno, Sumi və digər vilayətlər olub.

Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin məlumatına görə, Rusiyanın hücumu davam edir və Ukrayna ərazisində bir neçə dron hələ də aktivdir. Sakinləri evdə qalmağa çağırırlar.

Oxşar