Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib, xəsarət alanlar var

11:05, 26.07.2026

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib, xəsarət alanlar var.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə saatlarında Rusiya Ukrayna istiqamətində yeddi ballistik raket və 136 dron buraxıb, Ukrayna Müdafiə Qüvvələri isə beş raket və 104 pilotsuz uçuş aparatını zərərsizləşdirməyə nail olublar.

Ballistik raketlərin qalıqları Kiyevin Şevçenko rayonunda 18 mərtəbəli yaşayış binasına dəyib və bu səbəbdən yanğın baş verib. Üç nəfər xəsarət alıb.

Bununla yanaşı, Rusiya Krivoy Roq şəhərinə də zərbələr endirib. Hücum nəticəsində ticarət mərkəzlərindən birində güclü yanğın baş verib. Yerli mənbələrin məlumatına görə, “Episentr” ticarət mərkəzinə ziyan dəyib.

Paralel olaraq, Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, gecə ərzində Ukraynaya məxsus 146 dron vurulub.

Oxşar