Rusiya Ukraynanın bir neçə bölgəsinə kütləvi hücuma keçib, həlak olan və yaralananlar var
Rusiya Ukraynanın bir neçə bölgəsinə kütləvi hücuma keçib, həlak olan və yaralananlar var

Rusiya gecə saatlarında Ukraynanın bir neçə bölgəsinə kütləvi hücum edib. Həlak olan və yaralananlar var.

Partlayış səsləri Kiyev, Kropivnitski, Xerson və Nikolaevdə eşidilirdi.

Çernovtsı vilayətində hücum nəticəsində iki nəfər həlak olub. Bir neçə yerdə yanğın baş verib.

Xarkova edilən hücum nəticəsində iki nəfər yaralanıb. Yaşayış binalarına və kritik infrastruktur obyektinə ziyan dəyib. Hakimiyyət vətəndaşları sığınacaqlarda qalmağa çağırır.

Rusiya tərəfindən Lvova göndərilən dron yaşayış binasına düşüb.