Rusiya Ukrayna yaşayış məntəqələrinə ballistik raketlər və dronlarla hücum edib
Rusiya Ukrayna yaşayış məntəqələrinə ballistik raketlər və dronlarla hücum edib

Rusiya Ukrayna yaşayış məntəqələrinə ballistik raketlər və dronlarla hücum edib. Ukrayna mediasının məlumatına görə, 29 mart gecə saatlarında Rusiya “Kinjal” tipli aeroballistik raket və 442 pilotsuz uçuş aparatı ilə hücuma başlayıb ki, bunlardan təxminən 300-ü “Şahed” tipli olub.

İlkin məlumatlara görə, Ukrayna Hərbi Hava Qüvvələri gecə saatlarında 380 pilotsuz uçuş aparatını vurub və ya yatırıb. Ukrayna ərazisində yeddi müxtəlif nöqtədə 16 hücum tipli pilotsuz uçuş aparatı ilə zərbələr endirilib.

Ukrayna mediasının məlumatına görə, zərbələrin hədəfi enerji və mülki obyektlər olub.

Hücum nəticəsində Nikolayev vilayətində on nəfər yaralanıb, onların arasında qadınlar və uşaqlar da var.

Ukrayna mediası yazır ki, hücumun hədəfi Odessa, Sumı və Xmelnitski bölgələri də olub.