Rusiya Ukrayna-Rumıniya sərhədində yerləşən Orlovka keçid məntəqəsinə hücum edib

13:14, 22.11.2025

Ötən gecə Rusiya Orlovka keçid məntəqəsinə hücum edib. Bu barədə Ukrayna mediası məlumat yayır.

Orlovka keçid məntəqəsi Odessada, Ukrayna-Rumıniya sərhədində yerləşir.

Hücum nəticəsində infrastruktur zədələnib.

Keçid məntəqəsinin fəaliyyəti müvəqqəti dayandırılıb. Xəsarət alanlar barədə məlumat yayılmır.

Oxşar