Rusiya Türkiyəni Suriyada genişmiqyaslı quru əməliyyatı keçirməkdən çəkinməyə çağırıb
Rusiya Türkiyəni Suriyada genişmiqyaslı quru əməliyyatı keçirməkdən çəkinməyə çağırıb, çünki bu cür hərəkətlər zorakılığın eskalasiyasına səbəb ola bilər-bu barədə Rusiya prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandre Lavrentiyev bildirib.
Lavrentiyev ABŞ-ın Suriyanın şimal-şərqində destruktiv kurs yürütdüyünü və kürd məsələsinin həllinin regionda vəziyyətin sabitləşməsi üçün mühüm amil olacağını bildirib.
Rus diplomat kürdlərin ABŞ-ın girovu olduğunu və bunun, böhranın həllinə əngəl törətdiyini bildirib.
“Əminəm ki, ABŞ olmasaydı, kürdlərin məsələsi çox tez həll olunardı”-deyə Aleksandre Lavrentiyev qeyd edib.