Rusiya tərəfinin Krivoy Roqa dronlarla hücumu nəticəsində həlak olanların sayı 14-ə qədər yüksəlib, 121 nəfər isə yaralanıb

22:47, 21.08.2026

Rusiya tərəfinin Krivoy Roqda ticarət mərkəzinə dronlarla hücumu nəticəsində həlak olanların sayı 14-ə qədər yüksəlib, 22-si uşaq olmaqla 121 nəfər yaralanıb.

Baş Prokurorluğun Ofisinin məlumatına görə, Rusiya hərbçiləri ticarət mərkəzinə pilotsuz uçuş aparatları ilə iki zərbə endiriblər. Hücum nəticəsində ticarət mərkəzinə ziyan dəyib və hadisə yerində yanğın baş verib.

“Ticarət kompleksinə təkrar zərbə “Şahed” ilə endirilib. Kifayət qədər alçaq hündürlükdə uçurlar. Təkrar zərbələrin endirilməsi də mümkündür”, – Krivoy Roq Müdafiə Şurasının sədri Aleksandr Vilkul bildirib.

Oxşar