Rusiya tərəfindən işğal olunmuş Melitopol şəhərinin meri Ukrayna ordusunun şəhərə Amerikanın "Himars" raketləri ilə zərbə endirdiyini bildirib
Rusiya tərəfindən işğal olunmuş Melitopol şəhərinin meri Ukrayna ordusunun şəhərə Amerikanın "Himars" raketləri ilə zərbə endirdiyini bildirib

 

Rusiya ordusu tərəfindən işğal olunmuş Melitopol şəhərinin meri Ukrayna ordusunun şəhərə Amerikanın “Himars” reaktiv yaylım atəşi sistemləri ilə zərbə endirdiyini bildirib.

İvan Federovun sözlərinə görə, nəticədə Rusiyanın hərbi texnikası və 100 əsgəri məhv edilib. Sosial şəbəkələrdə zərbə anını əks etdirən video yayılır.

Melitopol şəhəri Ukraynada müharibə başlayandan sonra tezliklə rus ordusu tərəfindən işğal edilib.

Şəhərin meri ruslar tərəfindən əsir götürülüb, sonra rus hərbi əsirləri ilə dəyişdirilərək azad edilib.

Federov hazırda ukraynalıların nəzarətində olan ərazidədir.