Rusiya tərəfindən işğal olunmuş Abxaziyada enerji böhranı ilə əlaqədar olaraq dekabrın 10-dan məktəblər və uşaq bağçaları bağlanacaq

20:05, 09.12.2024

Rusiya tərəfindən işğal olunmuş Abxaziyada enerji böhranı ilə əlaqədar olaraq dekabrın 10-dan məktəblər və uşaq bağçaları bağlanacaq.

Bu barədə işğalçı rejimin lideri, prezident səlahiyyətlərini icra edən Valeri Bqanba məlumat verib.

Bununla yanaşı o, məktəblərin və uşaq bağçalarının nə müddətə bağlandığını dəqiqləşdirməyib.

Məlumat üçün bildirək ki, dekabrın 9-dan Rusiya tərəfindən işğal olunmuş Abxaziya sakinlərinə elektrik enerjisi qrafiklə veriləcək.

Oxşar