Rusiya Təhlükəsizlik Xidmətində, Daria Duqinanın qətlinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və qətli törədən şəxsin hazırda Estoniyada olduğu deyilir

15:49, 22.08.2022

 
Rusiya Federal Təhlükəsizlik Xidmətində, Daria Duqinanın qətlinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlandığı deyilir. Məlumatı rus mətbuatı yayır.

“Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Federal Təhlükəsizlik Xidməti 1992-ci il təvəllüdlü rus jurnalist Daria Duqinanın qətlinin üstünü açıb. Cinayəti Ukrayna xüsusi xidmət orqanları hazırlayıb və həyata keçirib. Qətli həyata keçirən Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Natalia Vovkidir”- deyə təhlükəsizlik xidmətinin məlumatında bildirilir.

Təhlükəsizlik xidmətinin məlumatında, Natalia Vovkinin bu ilin iyulun 22-də qızı Sofiya Şabanla birlikdə Rusiyaya gəldiyi deyilir.

“Qətlin törədildiyi gün Vovki və Şaban Duqinanın fəxri qonaq qismində qatıldığı “Ənənə” ədəbi-musiqi festivalında olublar. Avqustun 21-də Duqinanın idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobil partladıqdan sonra Vovki və qızı Pskov vilayətindən keçərək Estoniyaya köçüblər”- deyə təhlükəsizlik xidmətindən açıqlanıb.

Oxşar