Rusiya Təhlükəsizlik Şurasında bildirirlər ki, Ermənistan Avropa İttifaqına üzv olarsa, ÜDM-nin təxminən 23 faizini itirə bilər
Ermənistan Avropa İttifaqına üzv olarsa, ÜDM-nin təxminən 23 faizini itirə bilər, – bu barədə Rusiya Təhlükəsizlik Şurasında bildiriblər.
Ermənistan mediasının məlumatına görə, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov bildirib ki, Ermənistanın Avropaya inteqrasiyası ölkənin iqtisadi vəziyyətini xeyli pisləşdirəcək.
“Ən təvazökar və mühafizəkar qiymətləndirməyə görə, Avropa İttifaqına üzvlük Ermənistana ÜDM-in təxminən 23 faizinə başa gələ bilər. Əmək bazarında kütləvi azalma və inflyasiyanın artması həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq. Daxili istehlak 20 faizdən çox azalacaq, həmçinin enerji resurslarının qiymətlərində kəskin artımın baş verəcəyi gözlənilir”, – deyə Şevtsov bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına (EAEU) üzvlük Avropa İttifaqı ilə Assosiasiya Sazişi ilə uyğun deyil və Ermənistan eyni zamanda hər iki təşkilatda ola bilməz, buna görə də əvvəlcə EAEU-dan çıxmalı olacaq.
“Avrasiya İqtisadi İttifaqından çıxmaq, ilk növbədə, ixrac məhdudiyyətlərinin bərpası, mal və xidmətlər üzrə vahid tələblərin ləğvi və tam gömrük nəzarətinin yenidən qurulması demək olacaq. Bundan əlavə, erməni miqrantlar üçün güzəştli rejim ləğv ediləcək və yük daşımaları üçün standart rüsumlar tətbiq olunacaq”, – Aleksey Şevtsov qeyd edib.
Onun bildirdiyinə görə, Avrasiya İqtisadi İttifaqından çıxmaq Ermənistan üçün ciddi iqtisadi tənəzzülə səbəb olacaq.