Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Rusiya Suriyadan hərbi birləşmələrinin çıxarılmasına başlayıb.
Qərar haqqında bəyanatı Rusiya prezident Vladimir Putin, bazar ertəsi Suriyaya səfəri zamanı verdi.
Suriyadan hərbi birləşmələrinin çıxarılmasına başlamaq barədə məlumatı Putin ötən il bəyan etdi, amma onda hərbi əməliyyatlar davam etdi.
Rus qoşunlarının tam çıxarılmasına nə vaxt lazım gələcəyi sualına Sergey Şoygu bildirdi ki, bu Suriyadakı vəziyyətdən asılıdır.
Rusiya və Suriya liderləri, Latakiya yaxınlığında Rusiya aviabazasında görüşdülər.