Rusiya Sumı vilayətində sərnişin mikroavtobusuna hücum edib, 9 nəfər həlak olub
Rusiya Sumı vilayətində sərnişin mikroavtobusuna hücum edib, 9 nəfər həlak olub. Bu barədə Ukrayna mediası məlumat yayır.
Yerli medianın yazdığına görə, Rusiya Sumı vilayətinin Belopolye şəhəri yaxınlığında sərnişin mikroavtobusuna hücumu “Lanset” tipli pilotsuz uçuş aparatı ilə həyata keçirib.
İlkin məlumata görə, azı dörd nəfər xəsarət alıb. Hazırda hadisə yerində xilasetmə işləri aparılır.