Rusiya səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb
Rumıniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb.
Səfirin çağırılması ölkə ərazisi üzərində daha bir pilotsuz uçuş aparatının vurulması ilə bağlıdır.
“Bu cür hərəkətlər qəbuledilməzdir və biz müttəfiqlərimizlə birlikdə buna tam ciddi şəkildə yanaşırıq. Bu təkrarlanan qanun pozuntularına görə Rusiya Federasiyasının səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb”, – deyə Rumıniya Xarici İşlər naziri Oana Tsoi qeyd edir.
Ölkənin xarici işlər idarəsinin nümayəndəsinin izah etdiyinə görə, o, rumıniyalı pilotlara və yerüstü heyətə göstərdikləri cəsarət və peşəkarlığa görə təşəkkür edir.
“Onlar öz hərəkətləri ilə ərazinin müdafiəsinə və Rumıniya vətəndaşlarının təhlükəsizliyinə töhfə verirlər”, – Rumıniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Məlumat üçün bildirək ki, Rumıniya prezidenti Nikuşor Dan ölkə ərazisi üzərində daha bir pilotsuz uçuş aparatının vurulduğunu bəyan edib. Bu, son üç gün ərzində artıq üçüncü belə hadisədir.