Rusiya prezidenti rəsmi səfərlə Türkiyəyə getdi
Rusiya prezidenti rəsmi səfərlə Türkiyəyə getdi

Rusiya prezidenti rəsmi səfərlə Türkiyəyə getdi.

Seçkilərdə qalib gəldikdən sonra bu Putinin ölkə xaricinə ilk səfəridir.

Rusiya prezidenti Suriya haqqında sammitdə iştirak edəcək.

Həmçinin Türkiyədə planlaşdırılan nüvə stansiyasının tikintisinə başlanılması mərasimində iştirak edəcək.

Ərdoğan və Putin nüvə stansiyasının tikintisin təməlinin qoyulmasını videokonfrans vasitəsi ilə izləyəcəklər.

Akkuyu nüvə stansiyası 20 milyard dollar dəyərindədir. Burada 10 minə qədər insan işlə təmin olunacaq.

Prezidentin səfəri iki gün davam edəcək.