Rusiya ötən gecə Ukrayna istiqamətində 407 dron, 38 qanadlı və altı ballistik raket buraxıb
Rusiya gecə saatlarında Ukrayna istiqamətində 407 dron, 38 qanadlı və altı ballistik raket buraxıb.
Bu, Rusiyanın 1 iyun gecəsi 472 raket və dron istifadə etdikdən sonra Ukraynaya qarşı həyata keçirilən ikinci ən genişmiqyaslı hava hücumudur.
Kiyevə hücum zamanı həlak olan dörd nəfərdən üçü xilasedicidir. Əhalinin bir hissəsi elektrik enerjisiz qalıb. Hücum nəticəsində “Darnitsa”və “Levoberejnaya” stansiyaları arasındakı metro relsləri zədələnib.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Rusiyanın həyata keçirdiyi raket hücumu nəticəsində Ternopolda sənaye infrastrukturu zədələnib, 10 nəfər yaralanıb, onlardan beşi Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşıdır.