Rusiya ötən gecə Sumı vilayətinə hücum həyata keçirib, yaralananlar var
Rusiya ötən gecə Sumı vilayətinə hücum həyata keçirib.
Ruslar yaşayış məntəqəsinə zərbə endiriblər. Hücum nəticəsində yaşayış binalarından birində yanğın baş verib. 11 nəfər xəsarət alıb, onlardan dördü uşaqdır.
“Bütün zərbələr mülki infrastruktura, şəhərin müxtəlif yerlərində yerləşən doqquz və iki mərtəbəli yaşayış binalarına endirilib”, – qubernator İqor Kalçenko bildirib.
Onun sözlərinə görə, hücum həmçinin dəmir yoluna da həyata keçirilib və infrastruktur və bir neçə bina zədələnib.