Rusiya ordusunun Ukraynanın Xerson şəhərini bombalaması nəticəsində üç dinc vətəndaş həlak olub
Rusiya ordusunun Ukraynanın Xerson şəhərini bombalaması nəticəsində üç dinc sakin həlak olub.
Ukrayna mediasının məlumatına görə, bombardman nəticəsində 14 nəfər yaralanıb.
Ukrayna mediası yazır ki, Rusiya hərbçiləri Xersonun yaşayış məhəllələrinə genişmiqyaslı artilleriya hücumu həyata keçiriblər.
Hücum zamanı yaralananlar küçədə və ya öz evlərində olublar.
Bombardman nəticəsində şəxsi və yaşayış binaları, nəqliyyat və infrastruktur zərər görüb. Hücum şəhərin Korabelni rayonunun müvəqqəti işğal altında olan sol sahilindən həyata keçirilib.
Həmçinin məlumat yayılıb ki, bu gün səhər marşrut avtobusu hücumun hədəfinə çevrilib.