Rusiya Ukraynanın Odessa bölgəsində enerji infrastrukturunu bombalayıb.
Ukrayna mediasının məlumatına görə, 11 oktyabrda, gecə saatlarında Rusiya Silahlı Qüvvələri Odessa şəhəri və Odessa bölgəsinə hücum dronları ilə hücum ediblər.
Bombardman nəticəsində elektrik stansiyaları zədələnib. Həmçinin, üçmərtəbəli mehmanxana-restoran kompleksi, iki fərdi ev və 25 mərtəbəli yaşayış binasının bir şüşəsi ziyan görüb.
Gecə hücumu nəticəsində bir dinc sakin yaralanıb. 44 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.