Rusiya Müdafiə Nazirliyinin məlumatında Serqey Şoyqunun Ukraynadakı müharibənin ön xəttini ziyarət etdiyi deyilir
Rusiyanın müdafiə naziri Serqey Şoyqu Ukraynada müharibənin ön xəttində olub-bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat və müvafiq video material yayır.
Yayılan məlumata əsasən Serqey Şoyqu helikopterlə cəbhə xəttində dislokasiya olunmuş Rusiya hərbçilərinin mövqelərinə gedib, hərbçilərlə görüşüb və komandirlərin hazırkı vəziyyətlə bağlı məruzələrini dinləyib.
Şoyqunun Ukraynadakı müharibənin cəbhə bölgəsinə səfəri ilə bağlı məlumat Vladimir Putinin Ukraynada hərbi əməliyyatların əlaqələndirilməsi qərargahına getdiyi məlum olduqdan sonra yayılıb.
Kremlin məlumatında Putinin bütün günü qərargahda keçirdiyi deyilir.