Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi

19:09, 19.03.2025

Rusiya və Ukrayna hərbi əsirləri dəyişdirdi. Tərəflər 175 hərbi əsiri bir-birinə verdilər. Qeyd olunan barədə media Rusiya Müdafiə Nazirliyinə istinadən yayır.

Agentliyin məlumatına görə, əsirlərin mübadiləsində Birləşmiş Ərəb Əmirlikləri vasitəçi rolunda çıxış edirdi.

Həmçinin, Rusiyanın 22 ağır yaralı ukraynalı əsgərini “xoş niyyət jesti” kimi Ukraynaya təhvil verdiyi məlum olub.

Oxşar