Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qoşunları Zaporojye bölgəsinin cənub-şərq bölgəsində Tsvetkovoe kəndini işğal edib
Rusiyanın dövlət xəbər agentliyi “TASS” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər veriri ki, Rusiya qoşunları Zaporojyenin cənub-şərq bölgəsində Tsvetkovoe kəndini ələ keçirib.
“Vostok qüvvələrinin 5-ci Qvardiya birləşmiş silahlı ordusunun 127-ci motorlu piyadalar diviziyasının 218-ci tank polkunun hərbi qüvvələri Tsvetkovoe kəndini azad etdi”, – Rusiya Müdafiə Nazirliyində bildiriblər.
Nazirliyin bildirdiyinə görə, kəndin ələ keçirilməsi bölgədə Rusiya silahlı qüvvələrinin növbəti irəliləyişi üçün dayaq nöqtəsi yaradıb.
Medianın məlumatına görə, hazırda Rusiya Zaporojye vilayətinin təxminən 75%-na nəzarət edir, lakin 2022-ci ildən sonra cəbhə xətti əsasən dəyişməz qalır.