Rusiya Müdafiə Nazirliyində Zaporojie atom elektrik stansiyasının fəaliyyətinin dayandırıla biləcəyini bildirirlər
Rusiya Müdafiə Nazirliyində Zaporojie atom elektrik stansiyasının fəaliyyətinin dayandırıla biləcəyini bildirirlər

 

Rusiya Müdafiə Nazirliyində Zaporojie atom elektrik stansiyasının fəaliyyətinin  dayandırıla biləcəyini bildirirlər. Bu barədə general-leytenant İqor Kirilov məlumat verib. Kirilov nüvə müəssisəsində olan rus qüvvələrinə rəhbərlik edir.

O, AES-in fəaliyyətinin dayandırılmasının təhlükəsizliyin qorunması məqsədilə edilə biləcəyini əlavə edib, çünki Moskvada ukraynalıların nüvə obyektini atəşə tutmaqda davam etdiyini bildirirlər.

Öz növbəsində, Kiyevdə Rusiyanın Zaporojie elektrik stansiyasında təxribat təşkil etməyi planlaşdırdığını iddia edirlər. Ukraynanın daxili işlər naziri , ölkənin AES ətrafında baş verəcək hadisələrin istənilən ssenarisinə hazır olmalı olduğunu bildirir.

Avqustun 5-dən Zaporojie AES ətrafında vəziyyət gərgindir. Rusiya və Ukrayna bir-birini stansiyaya atəş açmaqda ittiham edir. Kiyevdə beynəlxalq ekspertlərin stansiyaya buraxılmasını, rus hərbçilərin isə nüvə obyektini tərk etməsini tələb edirlər. Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilən məlumatda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Zaporojie stansiyasına səfər etməyə hazır olduğu deyilir. Agentliyin direktoru missiyaya rəhbərlik edəcək.

Moskvada, Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının Kiyevdən Zaporojieyə səfərinin onlar üçün qəbuledilməz olduğunu bildirirlər.