Rusiya Müdafiə Nazirliyində işğal olunmuş Krımda partlayışın diversiya səbəbilə baş verdiyi bildirilir
Rusiya Müdafiə Nazirliyində işğal olunmuş Krım ərazisindəki Yankoe rayonunda baş verən partlayışın diversiya səbəbilə baş verdiyi bildirilir.
“Avqustun 16-da səhər saatlarında diversiya nəticəsində Yankoe rayonunda hərbi anbar zədələnib. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür” – deyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Partlayış bu gün səhər saatlarında işğal olunmuş Krımın şimal bölgəsində baş verib. Qondarma Krım Respublikasının rəhbəri iki nəfərin xəsarət aldığını bildirib. Ətraf ərazilərdən beş kilometr radiusda yerləşən iki minə yaxın insan təxliyə edilib.
Ukrayna prezidentinin ofisi baş vermiş hadisəyə münasibət bildirərək demilitarizasiyanın davam etdiyini açıqlayıb.