Rusiya Müdafiə Nazirliyində bildirirlər ki, son bir həftə ərzində Xarkov və Donetsk bölgələrində beş yaşayış məntəqəsini ələ keçiriblər
A pro-Russian soldier flashes a victory sign while marching near a Ukrainian army base in Perevalne, Crimea, Wednesday, March 19, 2014. Crimea's self-defense forces on Wednesday stormed the Ukrainian navy headquarters in the Black Sea port of Sevastopol, taking possession without resistance a day after Russia signed a treaty with local authorities to annex the region.(AP Photo/Vadim Ghirda)
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya qüvvələri son bir həftə ərzində Xarkov və Donetsk vilayətlərində beş yaşayış məntəqəsini ələ keçirib.
Onların bildirdiyinə görə, iyunun 6-dan 12-dək olan dövrdə Rusiya qüvvələri yüksək dəqiqlikli silahlar və hücum dronlarından istifadə edərək iki irimiqyaslı və beş qrup zərbəsi endiriblər.
Bununla yanaşı, Ukrayna mediasının məlumatına görə, Donetsk və Xerson vilayətlərində Rusiya qüvvələrinin hücumları nəticəsində 22 nəfər xəsarət alıb, iki nəfər isə həlak olub. Həmçinin onların məlumatına görə, ötən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Krasnodar diyarının Temryuk rayonunda dəniz terminalına hücum edib, nəticədə yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub.