Rusiya Müdafiə Nazirliyində bildiriblər ki, Ukraynanın energetika infrastrukturu obyektlərinə qarşı miqyaslı hücumlara hazırlaşırlar

13:38, 30.08.2026

Rusiya qüvvələri Ukraynanın enerji infrastrukturu obyektlərinə miqyaslı hücumlara hazırlaşır, – bu barədə Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayır.

“Alınan göstərişlərə müvafiq olaraq, silahlı qüvvələr Kiyev rejiminin Rusiyanın mülki infrastrukturuna və yanacaq-energetika kompleksinə etdiyi hücumlarına cavab olaraq, Ukraynanın energetika obyektlərinə qarşı miqyaslı zərbələrə hazırlığa başlayıb”, – qurumda bildiriblər.

Qurumun məlumatına görə, Rusiya ordusu ötən gecə asbest-sement məhsulları kombinatına zərbə endirib. Həmin kombinatın anbarlarından “Ağıllı döyüş sursatları” şirkəti üçün partlayıcı maddələrin saxlanılması məqsədilə istifadə olunurdu.

Şirkət pilotsuz uçuş aparatlarının və onlar üçün nəzərdə tutulmuş döyüş sursatlarının istehsalı ilə məşğuldur.

Oxşar