Rusiya Müdafiə Nazirliyi Ukraynaya hücumda "Oreşnik" raketindən istifadə edildiyini təsdiqləyib
Rusiya Müdafiə Nazirliyi Ukraynaya zərbə endirmək üçün “Oreşnik” raketindən istifadə edildiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, eksperimental “Oreşnik” raketi 9 yanvarda, Ukraynanın Novqoroddakı Rusiya prezidentinin iqamətgahına hücumuna cavab olaraq istifadə edilib.
Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, Ukraynaya hücum dəniz və quru bazalarına yüksək dəqiqlikli uzunmənzilli silahla həyata keçirilib. O cümlədən “Oreşnik” raket kompleksi və pilotsuz uçuş aparatları ilə.
Rusiya Müdafiə Nazirliyində iddia edirlər ki, bu hücumun hədəfi Ukrayna ərazisində yerləşən pilotsuz uçuş aparatları istehsal edən obyektlər olub.
Məlumat üçün bildirək ki, Rusiya prezidenti dekabrın 29-da Ukraynanın onun iqamətgahına hücum etdiyini bildirib. ABŞ Mərkəzi Kəşfiyyat Agentliyində deyirlər ki, onların məlumatına görə, Kiyev heç bir şəkildə şəxsən Putinə və ya onun iqamətgahına hücum etməyib. Daha sonra Rusiya hərbi kəşfiyyatı ABŞ səfirliyinin nümayəndəsini dəvət edərək Putinin iqamətgahına edilən hücumun deşifrə olunmuş məlumatlarını təhvil verib. Məlumatların öyrənilməsi barədə ABŞ tərəfin məlumat yaymayıb.