Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeevka şəhərində Ukrayna qüvvələrinin hücumu nəticəsində 63 nəfərin həlak olması barədə məlumat yayır
Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeevka şəhərində Ukrayna qüvvələrinin hücumu nəticəsində 63 nəfərin həlak olması barədə məlumat yayır

 

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Donetsk vilayətinin Makeevka şəhərində, rus hərbçilərin dislokasiya məntəqəsinə Ukrayna qüvvələrinin zərbə endirməsi nəticəsində 63 nəfərin həlak olması barədə məlumat yayır. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Ukrayna qüvvələrinin HİMARS reaktiv yaylım atəşi sistemlərindən zərbə endirdiyi qeyd olunub.

Öz növbəsində Ukraynanın Baş Qərargahı da işğalçıların dislokasiya məntəqəsinə həyata keçirilən zərbə ilə bağlı məlumat yayır. Belə ki, Baş Qərargahın məlumatında dekabrın 31-də ukraynalı müdafiəçilərin Makeevkada on ədəd hərbi texnikanı məhv etdiyi, işğalçıların şəxsi heyətinin itkisinin hələ də dəqiqləşdirildiyi deyilir.

Bundan əvvəl yayılmış məlumatlarda Makeevkada Rusiya qüvvələrinin dislokasiya məntəqəsinə endirilən zərbə nəticəsində 400-ə yaxın rus hərbçisinin həlak olduğu deyilirdi.