Rusiya məktəblərindən birində atışma nəticəsində 7-si azyaşlı olmaqla 13 nəfər həlak olub

14:25, 26.09.2022

 

Rusiyanın İjevski şəhərində məktəbdə baş verən atışma nəticəsində həlak olanların sayı 13-ə çatıb, 21 nəfər yaralanıb. Rusiya mətbuatı həlak olanlardan 7-sinin, yaralananlardan isə 14-nün azyaşlı olduğunu yazır.

Bu gün səhər saatlarında İjevskdə 88 saylı məktəbdə silahlı şəxs atəş açıb, daha sonra isə özünü öldürüb.

Zərərçəkənlərə kömək etmək üçün 14 təcili tibbi yardım briqadası səfərbər edilib.

Oxşar