Rusiya məhkəməsi amerikalı basketbolçu Britni Qrayneri 9 il müddətinə azadlıqdan məhrum edib
Rusiya məhkəməsi amerikalı basketbolçu Britni Qrayneri 9 il müddətinə azadlıqdan məhrum edib

 

Rusiya məhkəməsi amerikalı basketbolçu, ikiqat olimpiya çempionu Britni Qrayneri 9 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə idmançını narkotik vasitələri saxlamaqda və qaçaqmalçılıqda təqsirli bilib.

Bununla yanaşı, məhkəmə Qrayneri bir milyon rubl (16 300 dollar) cərimələyib.

31 yaşlı Britni Qrayneri günahını etiraf edib, lakin qanunu qəsdən pozduğunu inkar edib və hadisəni səhv adlandırıb. İdmançı çıxış edərkən ağlayıb.

“Mən səmimi səhvə yol verdim və ümid edirəm ki, sizin hökmünüzlə həyatımı burada bitirməyəcəyəm. Valideynlərim mənə iki vacib şey öyrədiblər: məsuliyyəti öz üzərimə götürmək və sahib olduğum hər şey üçün çox çalışmaq. Məhz bu səbəbdən günahımı boynuma aldım” – deyə təqsirləndirilən şəxs bildirib.

Amerikalı idmançı fevral ayında Moskvanın Şeremetievo hava limanında, yükləri arasında çətənə ​​yağı aşkarlandığına görə saxlanılıb. Rusiyada çətənə həm tibbi, həm də rekreasiya məqsədləri üçün qadağandır.

“BBC”-nin qeyd etdiyi üzrə, Qraynerin həbsxanada nə qədər qalacağı məlum deyil, çünki ABŞ və Rusiya mümkün məhbus mübadiləsi məsələsini müzakirə edirlər. Amerika mətbuatında yer alan xəbərlərə görə, Vaşinqton və Moskva arasında razılaşma çərçivəsində ABŞ-da həbs olunan silah taciri Viktor Batt və Britni Qrayner dəyişdirilə bilər.