Rusiya mediasının məlumatına görə, Vladimir Putin “xüsusi əməliyyatın tapşırıqlarının Baş Qərargahın planları və niyyətlərinə uyğun davam etdirilməsini” əmr edib
Rusiya prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşündə cəbhədəki mövcud vəziyyətdən danışıb. Rusiya mediasının məlumatına görə, Vladimir Putin hərbçilərlə görüşüb və “xüsusi əməliyyatın tapşırıqlarının Baş Qərargahın plan və niyyətlərinə uyğun olaraq davam etməsi” barədə əmr verib.
Putinin söylədiyinə görə, o silahlı qüvvələr qrupu “Dnepr”in komandiri Mixeil Teplinskiyə uğurlu hərəkətlərə görə təşəkkür edir.
“Düşmən orada uzun illər ərzində müdafiə üçün hazırlaşırdı. Biz vəziyyətin çətin olduğunu bilirik. Buna baxmayaraq, siz öz qrupunuzun qarşısında duran vəzifələri yerinə yetirməyi bacarırsınız”, – Putin bildirib.
Putin “Donbas ərazisinin tam azad edilməsi” perspektivlərindən də danışıb.
“Seversk şəhərinin azad edilməsi və Konstantinovkada səmərəli iş qoşunlara Qərb və Mərkəzin qüvvələri ilə əməkdaşlıq edərək Donbas ərazisini tam azad etməyə imkan verir”, – Putin Kremldə hərbçilərlə görüşü zamanı qeyd edib.