Rusiya mediası - Yevqeni Priqojinin hərbi çevriliş cəhdi zamanı müsadirə edilən pul və əşyaları, o cümlədən silahları geri qaytarılıb
Rusiya mediası - Yevqeni Priqojinin hərbi çevriliş cəhdi zamanı müsadirə edilən pul və əşyaları, o cümlədən silahları geri qaytarılıb

“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojinə 24 iyun hərbi çevriliş cəhdi zamanı müsadirə edilən pul və şəxsi əşyaları, o cümlədən silahları geri qaytarılıb.

Rusiyanın “Fontanka” agentliyinin məlumatına əsasən, iyulun 4-də Priqojin şəxsən Sankt-Peterburqdakı Federal Təhlükəsizlik İdarəsinə gedib və müdafiə naziri Serqey Şoyqu tərəfindən hədiyyə edilən “Glock” markalı odlu silahı götürüb, sonra ölkəni tərk edib.

Bundan əlavə, agentliyin məlumatına əsasən, iyulun 2-də Priqojinə 10 milyard rubl qaytarılıb.