Rusiya mediası Yevqeni Priqojinin qiyamın təşkili ilə bağlı istintaq altında olması ilə bağlı məlumat yayır
Rusiya mediası Yevqeni Priqojinin qiyamın təşkili ilə bağlı istintaq altında olması ilə bağlı məlumat yayır

 

Yevqeni Priqojin hələ də istintaq altındadır-bu barədə “Kommersant” yazır.

“Kommersant”ın yaydığı məlumatda “Vaqner”in yaradıcısı Yevqeni Priqojinin silahlı qiyam təşkil etmə maddəsi ilə başlanmış cinayət işinin dayandırılmadığı və istintaqın hələ də davam etdiyi deyilir.

Xatırladaq ki, bundan əvvəl də mediada Rusiyada Priqojinə qarşı hüquqi təqibin dayandırılacağı ilə bağlı məlumat yayılmışdı.