Rusiya mediası - Xarkovun bombalanması nəticəsində Ukrayna ordusunun bir neçə yüz əsgəri həlak olub
Rusiya mediasının məlumatına görə, Ukraynanın Xarkov şəhərinin bombalanması nəticəsində bir neçə yüz ukraynalı əsgər həlak olub.
Yayılan məlumata əsasən, zərbələr Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu şəxslərinin toplaşdığı məntəqələrə endirilib, həmçinin pilotsuz uçuş aparatlarının istehsal olunduğu emalatxanalar və anbarlar məhv edilib.
Rusiya mediası yazır ki, genişmiqyaslı bombardman nəticəsində Ukrayna ordusunun rabitələr və logistika infrastrukturuna zərbə endirilib.
Ukrayna hakimiyyətinin iddiasına görə, Rusiyanın hücumunun hədəfi yaşayış binaları olub, nəticədə 3 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.