Rusiya mediası radioelektron döyüş vasitələri ilə Yeni Moskva rayonunda iki dronu, daha bir dronu isə Kaluqa vilayətində zərərsizləşdirdiklərinə dair məlumat yayır
Rusiya mediası radioelektron döyüş vasitələri ilə Yeni Moskva rayonunda iki dronu, daha bir dronu isə Kaluqa vilayətində zərərsizləşdirdiklərinə dair məlumat yayır

 
Radioelektron döyüş vasitələri ilə Yeni Moskva rayonunda iki dronu, daha bir dronu isə Kaluqa vilayətində zərərsizləşdiriblər-bu barədə “TASS” məlumat yayır.

“İlkin məlumatlara görə, üç pilotsuz təyyarə müxtəlif vaxtlarda Moskvaya doğru hərəkət edib. Radioelektron döyüş vasitələri ilə biz onlardan ikisini Yeni Moskvada, birini Kaluqa bölgəsində zərərsizləşdirdik” -deyə mənbə media ilə danışarkən bildirib.

Bununla yanaşı, “TASS”ın yaydığı məlumata əsasən, tələfat və dağıntılar barədə məlumat yoxdur.