Rusiya mediası ölkə ordusunun Ukrayna aerodromlarına həyata keçirdiyi hücum barədə məlumat yayır
Rusiya mediası ölkə ordusunun Ukrayna aerodromlarına həyata keçirdiyi hücum barədə məlumat yayır. Rusiya mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, rusiyalı hərbçilər Ukraynada hərbi aerodromlara, yanacaq-enerji infrastruktur obyektlərinə və nəqliyyat infrastrukturuna ziyan vurublar.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 149 rayonda hərbi aerodromlara, nəqliyyat və yanacaq-enerji infrastrukturu obyektlərinə, uzaqmənzilli pilotsuz uçuş aparatlarının və onların komponentlərinin istehsalı və saxlanılması obyektlərinə, logistika mərkəzlərinə, həmçinin Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdlu döyüşçülərin müvəqqəti dislokasiya yerlərinə zərbələr endirilib.
Hücumlar taktiki aviasiya, zərbə pilotsuz uçuş aparatları, raket qüvvələri və Rusiya Silahlı Qüvvələrinin artilleriya qruplaşmalarından istifadə etməklə həyata keçirilib.