Rusiya Lvov bölgəsinə dronlarla hücum edib, hücum nəticəsində 13 nəfər yaralanıb
Rusiya Lvov bölgəsinə dronlarla hücum edib. Hücum nəticəsində 13 nəfər yaralanıb.
Lvov meri Andrey Sadovun dediyinə görə, hava hücumu siqnalı zamanı şəhərdə partlayış səsləri eşidilib və ardınca yanğın baş verdiyini bildirib.
Hücum nəticəsində Lvovda UNESCO-nun Dünya İrsi siyahısına daxil olan 17-ci əsrə aid Müqəddəs Andrey kilsəsinə ziyan dəyib.
Ukrayna mediasının məlumatına görə, Lvov yaxınlığında, Sernik kəndində daha bir evdə yanğın başlayıb. Hadisə nəticəsində yaralananlardan birinin vəziyyəti ağırdır.