Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib
Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib

 

Rusiya Kiyevə kütləvi raket zərbəsi endirib.

Ukrayna paytaxtının meri Vitali Kliçko partlayış səslərinin Kiyevin üç rayonunda eşidildiyini bildirib.

O, dağıntının və ən azı bir nəfərin həlak olduğunu açıqlayıb. Xmelnitski şəhərinin də bombalandığı barədə məlumat yayılır.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko iki nəfərin yaralandığını bildirib. Bundan əvvəl Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilmişdi.