Rusiya Kiyevə kütləvi hücum edib, azı 21 nəfər yaralanıb
Rusiya Kiyevə kütləvi hücum edib, azı 21 nəfər yaralanıb

Rusiya Kiyevə genişmiqyaslı hücum həyata keçirib. Ən azı 21 nəfər xəsarət alıb.

Ballistik raketlər və dronlarla hücum Kiyev vilayətinin altı rayonunda baş verib. Hücum nəticəsində dəmiryolu infrastrukturu zərər görüb. Sərnişin qatarlarının hərəkəti qismən məhdudlaşdırılıb.

Kiyev meri Vitali Kliçkonun bildirdiklərinə görə, Dneprovski rayonunda pilotsuz uçuş aparatının qalıqları yaşayış binalarının həyətinə və təhsil müəssisəsinin ərazisinə düşüb.

Şevçenkovski rayonunda pilotsuz uçuş aparatının qalıqları səkkizmərtəbəli yaşayış binasına ziyan vurub. Qoloseevski rayonunda isə tibbi müəssisə zədələnib.