Rusiya Kiyevə hücum edib, azı dörd nəfər öhəlak olub, yaralananlar da var
Rusiya dronlar və raketlərlə Kiyevə hücum edib. Hücum nəticəsində azı 4 nəfər həlak olub, 20 mülki şəxs isə yaralanıb.
Kiyev meri Vitali Kliçkonun bildirdiyinə görə, xilasetmə əməliyyatlar hələ də davam etdiyinə görə, həlak olanların sayının artacağı gözlənilir.
Bundan əlavə, Hücum nəticəsində Kiyevdə mülki infrastruktur – yaşayış binaları, evlər, avtomobillər və metro stansiyasının relsləri zədələnib. Kiyevin bir hissəsinə elektrik enerjisi verilmir.
Bununla yanaşı, Ukraynanın Lutsk şəhərinə hücum zamanı beş nəfər yaralanıb. Yaşayış binalarına ziyan dəyib.
Lutsk meri İqor Polişçuk bildirib ki, Rusiya hücum zamanı 15 pilotsuz uçuş aparatı və Evksi raketindən istifadə edib.