Rusiya Xarkova hücum edib. Bu barədə Xarkov meri İqor Terexov bildirir.
Terexovun sözlərinə görə, Rusiya kritik infrastruktura hücum edib və hücum nəticəsində bir nəfər yaralanıb.
“Düşmən kritik infrastruktur obyektini bombalayıb. Zərər çox böyükdür. Söhbət şəhərdə istilik və işığı saxlayan sistemə ciddi zərbələrdən gedir. Hər belə bombardmanla mərkəzləşdirilmiş istilik və elektrik enerjisi təchizatı getdikcə çətinləşir, çünki enerji sektoru hazırda çox çətin vəziyyətdədir. Ehtiyatlar sonsuz deyil və yük güclüdür”, – deyə Terexov qeyd edib.