Rusiya Xarici İşlər Nazirliyində bildirirlər ki, Ukrayna ilə Qara dənizdə ikitərəfli razılaşma üçün əsas görmürlər
Rusiya Xarici İşlər Nazirliyi Qara dənizdə Ukrayna ilə ikitərəfli atəşkəs razılaşması üçün “heç bir əsas görmədiyini” bildirir.
“Meduza” ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarovanın bəyanatına istinadən məlumat yayır.
“Vəziyyətin yaxşılaşması üçün hər hansı bir ilkin şərt və müvafiq olaraq, Kiyev rejiminə yalnız müvəqqəti nəfəs almaq imkanı verən yarımçıq tədbirlər üçün heç bir əsas görmürük”, – Maria Zaxarova bildirib.
Məlumat üçün bildirək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 8-də “Anadolu” agentliyinə verdiyi müsahibədə Türkiyənin Rusiya və Ukraynaya Qara dənizdə gəmilərə hücumların dayandırılması barədə moratorium sazişi təklif etdiyini bildirib.
Zaxarova qeyd edib ki, Türkiyə xarici işlər naziri təklifi mediaya səsləndirib, lakin onun sözlərinə görə, Rusiya tərəfi Ankaradan rəsmi müraciət almayıb.
13 avqustda “Reuters” agentliyi Ukraynanın Rusiyaya Qara dənizdə mülki hədəflərə qarşı hücumların qarşılıqlı dayandırılmasını təklif etdiyini bildirib. Mənbələrin məlumatına görə, Kiyev təklifini üçüncü ölkə vasitəçiliyi ilə Moskvaya çatdırıb.