Rusiya Xarici İşlər Nazirliyi - Fransa və digər Avropa ölkələrinin hərəkətləri Ukrayna böhranının həllində əldə edilə biləcək istənilən irəliləyişi pozmağa yönəlib
Fransa və digər Avropa ölkələrinin hərəkətləri Ukrayna böhranının həllində əldə edilə biləcək istənilən irəliləyişi pozmağa yönəlib, – bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, Fransanın Moskvadakı səfiri Nikolas de Rivyerin Ukrayna münaqişəsinin “istəklilər koalisiyası” əsasında həll edilməsi ehtimalı ilə bağlı fikirləri qeyri-real görünür.
“Fransadan biz qarşılıqlı məqbul həll yollarının tapılması üçün konstruktiv təkliflər deyil, nəticələri Rusiyaya ultimatum şəklində sırıla biləcək paralel təşəbbüslərin başladılması cəhdlərini görürük”, – nazirliyin bəyanatında qeyd olunur.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, belə “qeyri-diplomatik” yanaşma, tamamilə yerdə mövcud olan real vəziyyətdən uzaq olduğu üçün, ən başından uğursuzluğa məhkumdur.