Rusiya işğalçı qüvvələrinin Ukraynanın Sumı vilayətinə hücumu insan tələfatı ilə nəticələnib
Rusiya işğalçı qüvvələri Ukraynanın Sumı vilayətinə 200-dən çox mərmi və mina atıblar, bombardıman insan tələfatı ilə nəticələnib. Məlumatı Ukrayna mediası yayır.
Rus hərbçilər reaktiv yaylım atəşi sistemindən də istifadə ediblər, nəticədə yaşayış evlərinə və elektrik xətlərinə ziyan dəyib.
Ukrayna Ordusunun Baş Qərargahı tərəfindən verilən məlumatda Rusiya işğalçı qüvvələrinin Baxmut, Avdeevka və Novopavlovsk vilayətlərində üç istiqamətdə zərbə endirdiyi deyilir. Rusiya işğalçı qüvvələri kritik infrastruktura və mülki binalara zərbələri davam etdirirlər.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin verdiyi məlumatda Ukrayna ordusunun Xarkov vilayətində hücumunun artıq Oskol çayının sol sahilində uğurla davam etdiyi deyilir. Ukrayna SQ ölkənin cənubunda pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsini və üç sursat anbarını məhv edib.