Rusiya işğalçı qüvvələrinin son 24 saat ərzində Xerson vilayətini atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 8 dinc sakin yaralanıb
Rusiya işğalçı qüvvələri Ukraynanın Xerson vilayətini bombalayır. Medianın məlumatında rus hərbçilərin artilleriya, reaktiv yaylım atəşi sistemi, minaatan, tank və piyadaların döyüş maşınlarından bölgənin dinc yaşayış məntəqələrini atəşə tutduğu deyilir.
Son 24 saat ərzində rusların bombardmanı nəticəsində 3 nəfər həlak olub, 8 dinc sakin isə yaralanıb.
Ukrayna mediası Rusiya işğalçı qüvvələrinin Xerson vilayətinin Berislava rayonunda qadağan olunmuş fosfor sursatlarından istifadə etməsinə dair məlumat yayır.