Rusiya işğalçı qüvvələrinin Krivoy Roq şəhərinə hücumun ballistik raketlə edildiyi ehtimal edilir
Rusiya işğalçı qüvvələrinin Krivoy Roq şəhərinə hücumun ballistik raketlə edildiyi ehtimal edilir.
Yerli hakimiyyətin məlumatına görə, 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak bildirib ki, hücum müəssisələrdən birinə həyata keçirilib. Çoxmərtəbəli yaşayış binalarına ziyan dəyib.
Xəsarət alanlar arasında iki uşaq da var, onlardan birinin vəziyyəti ağırdır.
Ukrayna prezidenti Volodimir Zelenski Krivoy Roqa edilən hücuma münasibət bildirib.
“Rusiyanın bütün bu cür zərbələri Ukraynadakı xalqımızı Rusiya terrorundan qoruya bilmək üçün Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemlərinə və raketlərə ehtiyacı olduğunu təsdiqləyir. Bunun üçün bütün tərəfdaşlarla işləyirik”, – Zelenski sosial şəbəkələrdə yazıb.