Rusiya işğalçı qüvvələri Ukraynanın Zaporojie şəhərinə raket zərbələri endiriblər

10:10, 10.10.2022

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Zaporojie şəhərinə raket zərbələri endiriblər. Ukrayna mətbuatı partlayışın hədəfinin yaşayış binaları olması barədə məlumat verir. Bombardıman nəticəsində binalarda yanğın baş verib. Xəsarət alanlar barədə məlumat var.

Rusiya işğalçı qüvvələri bir gün əvvəl də Zaporojienin yaşayış məntəqələrini bombalayıblar və son məlumatlara görə, 14 nəfər həlak olub, 89 nəfər yaralanıb. Ukrayna mətbuatı rus hərbçilərinin Sumı vilayətinə də artilleriya zərbələri endirməsi barədə məlumat yayır. Ukrayna mətbuatı gecə ərzində bölgənin 70 dəfə bombalandığını yazır.

Oxşar