Rusiya işğalçı qüvvələri Donetsk, Sumi və Nikolayev vilayətlərini bombalayıb
Rusiya işğalçı qüvvələri Donetsk, Sumi və Nikolayev vilayətlərini bombalayıb

 

Rusiya işğalçı qüvvələri Donetsk, Sumi və Nikolayev vilayətlərini bombalayıb.

Ukrayna mediası rus hərbçilərin Kramatorsk şəhərinə raket zərbəsi endirdiyi barədə məlumat yayır. Sumi vilayətinin Hərbi Administrasiyasının məlumatında Rusiya işğalçı qüvvələrinin vilayətin sərhəd boyunca yerləşən yaşayış məntəqələrini 70 dəfə atəşə tutduğu deyilir. Bombardman nəticəsində məktəbə və elektrik xəttinə ziyan dəyib. Media rus qoşunlarının Nikolayev rayonunun Oçakovo icmasının akvatoriyasına və sahil ərazisinə hücum etdiyinə dair məlumat yayır.

Eyni zamanda Ukrayna müdafiə qüvvələri Xerson vilayətində rus hərbi birləşmələrinin cəmləşdiyi yerə raket zərbəsi endirib. Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində rus əsgərlərinin, silah və hərbi texnikanın cəmləşdiyi yerlərə 13 zərbə endirib, həmçinin zenit-raket komplekslərinin mövqelərini beş dəfə bombalayıb.

Bundan əvvəl, Ukrayna ordusu Donetsk vilayətinin Makeevka şəhərində rus hərbçilərin bazasına zərbə endirib. Ukrayna mənbələri 400 rus əsgərinin məhv edildiyi ilə əlaqədar məlumat yayır. Rusiya Müdafiə Nazirliyi də Makeevkadakı Rusiya hərbi bazasının bombalanmasını təsdiqləyir. Rusiya Müdafiə Nazirliyində bombardman nəticəsində 63 rus hərbçisinin həlak olduğu deyilir.