Rusiya işğalçı qüvvələri Dnepropetrovsk və Xarkov bölgələrini bombalayıb
Rusiya işğalçı qüvvələri Dnepropetrovsk və Xarkov bölgələrini bombalayıb

 

Rusiya işğalçı qüvvələri Ukraynanın Dnepropetrovsk və Xarkov bölgələrini bombalayıb. Ukrayna mətbuatı “Uraqan” raket kompleksi vasitəsilə Dnepropetrovsk bölgəsində, Krivoy Roq rayonuna həyata keçirilmiş hücum nəticəsində onlarla evə ziyan dəyməsi, bir nəfərin xəsarət alması barədə məlumat yayır.

Rus hərbçilər Xarkov vilayətinin Çuquev şəhərini “Uraqan” sistemi ilə bombalayıblar. Raket hücumları nəticəsində evində olan bir nəfər həlak olub.

Ukraynanın “Cənub” operativ komandanlığının məlumatına əsasən, rus işğalçılar Ukraynanın cənubunda mövqelərini möhkəmləndirməyə çalışır və Xerson vilayətinin inzibati sərhədinə çatmaq üçün əks-hücum hazırlayırlar.