Rusiya Hollandiyaya təbii qazın tədarükünü dayandırıb
Rusiya Hollandiyaya təbii qazın tədarükünü dayandırıb.
“BBC”nin məlumatına görə, Hollandiya təbii qazın pulunu rus rublu ilə ödəməkdən imtina etdikdən sonra Rusiyanın “Qazprom” dövlət şirkəti Hollandiyanın “Gaster” şirkətinə təbii qazın nəqlini tamamilə dayandırıb.
“Aprelin 1-dən tədarük edilən qazın ödənişi yeni rekvizitlərdən istifadə etməklə rublla edilməlidir, bu barədə podratçılara vaxtında məlumat verilir” – deyə “Qazprom”un açıqlamasında deyilir.
“BBC”-nin yazdığı üzrə, 2020-ci ildə Hollandiyada qaz istehlakı 36,6 milyard kubmetr təşkil edib ki, bunun da 11,2 milyard kubmetri boru kəməri ilə Rusiyadan idxal edilib.
Təchizat çatışmazlığını kompensasiya etmək üçün Hollandiyanın təbii qaz nəqli şirkəti “Gasunie” təcili olaraq Qroningen əyalətindəki Emshaven limanında maye qazın emalı üçün terminal tikir. Terminallar ildə 8 milyard kubmetrədək təbii qaz qəbul etmək üçün nəzərdə tutulub.